“Çelsi”nin futbolçusu “Fənərbağça”da
25.01.2019 , 19:07

Türkiyənin “Fənərbağça” klubu heyətinə yeni futbolçu qatıb.
İstanbul təmsilçisi İngiltərənin “Çelsi” komandasının yarımmüdafiəçisi Viktor Mozesi 1,5 illik icarəyə götürüb. Nigeriya yığmasının 29 yaşlı futbolçusu ilə bu gün rəsmi müqavilə bağlanılıb.
Qeyd edək ki, Viktor Mozes daha əvvəl İngiltərənin “Liverpul”, “Stok Siti” və “Vest Hem” komandalarında da icarə əsasında çıxış edib.
