"Çelsi"nin futbolçusu Markos Alonzo komandadaki durumu şərh edib. "Sky Sports" nəşrinə danışan futbolçu oyunlara hazırlaşmağın asan olmadığını deyib.
Alosonun sözlərinə görə, "Çelsi" bundan sonra uduzmamalıdır. O bildirib ki, qarşıdaki bütün matçlara maksimum hazırlaşacaq:
"Səfərləri, məşqləri və milli komanda oyunlarını nəzərə alsaq, oyunlara hər dəfə 100% güclə hazırlaşmaq olmur. Belə olduqda, hazırlıqlar da asan olmur. "Çelsi" Premyer Liqada artıq xeyli xal itirib. Bundan sonra uduzmağa haqqı yoxdur"
Markos Alonzo Madrid yetirməsidir və "Çelsi"yə "Fiorentina" klubundan keçib. "Zadəganların" heyətində 35 oyuna çıxan 26 yaşlı futbolçu rəqib qapılarından 8 top keçirə bilib.
