Çempionlar Liqasının V turu çərçivəsində sabah “Qarabağ” İngiltərənin “Çelsi” klubunu qəbul edəcək. Oyundan bir gün ncə hər iki komanda son məşqinə çıxacaq.
“Qarabağ”ın futbolçuarı “Azersun Arena”da məşq edəcək. “Çelsi” komandası isə “Bakcell Arena”da oyunqabağı son məşqinə çıxacaq.
Əldə etdiyimiz məlumata görə, londonluların məşqi gücləndrilmiş rejmdə polis tərəfindən mühafizə olunacaq. “Bakcell Arena”da 20 nəfər texniki işçidən başqa 150 polis işçisi olacaq.
Oyun sabah Bakı vaxtı ilə 21:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
