Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”ın qonağı olacaq “Çelsi”nin Bakı səfəri klubun tarixinə keçib.
Bu London təmsilçisinin avrokuboklardakı ən uzun səfəri olub. Komanda Londondan Bakıya 3 min 975 km məsafəni 6 saata qət edib. Bununla da Bakı klubun avrokuboklardakı ən uzun səfəri olub.
Bundan əvvəlki rekord Təl-Əviv səfərinə məxsus idi. 2001-ci ildə “Çelsi” UEFA Kubokunda “Hapoel”lə oyun üçün 3 min 560 km məsafə qət etmişdi.
