“Çelsi”nin əfsanəsi olmaq istəyirəm” – Hazard
27.12.2018 , 18:06

“Çelsi”nin futbolçusu Eden Hazard London klubunun əfsanəsi olmaq istəyir
Bu barədə o, London klubu ilə bütün turnirlərdəki 100 və 101-ci qollarını vurduğu “Uotford”la matçdan sonra deyib:
“Bu qolu heç vaxt unutmayacağam. Amma biz hamımız daha artığını istəyirik. Qalib gələndə oyundan həzz alırıq. Mən “Çelsi”də mümkün qədər çox qol vurmaq istəyirəm. Lempard, Terri,Droqba kimi klubun əfsanəsi olmağa çalışacam. Bunun üçün bütün gücümlə hazırlaşıram”.
Qeyd edək ki, Hazardla “Real”ın maraqlandığı iddia olunur. Ancaq belçikalı yarımmüdafiəçi son açıqlaması ilə”Çelsi”də qalmaq istədiyini bildirib.
