Bu gün İngiltərədə VII turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, azarkeşlər 4 oyuna baxa biləcək.
İkinci oyun gününün açılış oyunu Mançesterdə olacaq. Burada "qırmızı şeytanlar" "Everton"un müqavimətini qırmağa çalışacaq.
Turun mərkəzi oyunu Londonda "Stemfor Bric"də keçiriləcək. "Çelsi" doğma meydanda "Arsenal"ı qəbul edəcək. Hər iki klub bu mövsüm liqada məğlubiyyət yaşamayıb. Bu səbəbdən oyun daha maraqlı olacaq.
İngiltərə Premyer Liqası (VII tur)
5 oktyabr
16:00 – MY – Everton
18:05 – Çelsi – Arsenal
18:05 – Tottenhem – Sauthempton
20:15 – Vest Hem – Kuinz Park Reyncers
