“Çelsi”də yeni qapıçı
24.09.2020 , 18:12
“Çelsi” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, London təmsilçisi “Renn”in qapıçısı Eduard Mendini transfer edib.
28 yaşlı qolkiperlə 5 illik müqavilə imzalanıb. “Çelsi” bu keçid üçün 24+6 milyon avro ödəyəcək.