İngiltərə Premyer Liqasının 26-cı turunda “Uotford”la qarşılaşacaq “Çelsi” oyuna 2 itki ilə çıxacaq.
Bunu yerli mətbuata açıqlamasında komandanın baş məşqçisi Antonio Konte deyib.
Onun sözlərinə görə, hücumçu Alvaro Morata və müdafiəçi Andreas Kristensen zədə səbəbindən bu matçı buraxacaq.
Qeyd edək ki, “Uotford” – “Çelsi” oyunu fevralın 5-də keçiriləcək.