“Çelsi”dən “Yuventus”a keçə bilər
01.06.2023 , 19:16

“Çelsi”nin futbolçusu Kristian Pulişiç komandadan ayrıla bilər.
Korner.az xəbər verir ki, amerikalı futbolçu karyerasını İtaliyada davam etdirə bilər.
İtaliya mətbuatı yazır ki, “Yuventus” yarımmüdafiəçinin xidmətində maraqlıdır.
“Zadəganlar” 24 yaşlı futbolçu üçün Turin klubundan 20 milyon avro tələb edir.
