“Çelsi”dən “Yuventus”a
23.01.2025 , 12:45

“Çelsi”nin müdafiəçisi Renato Veyqa İtaliya klubunda çıxış edəcək.
Korner.az xəbər verir ki, “Yuventus”portuqaliyalı futbolçunu heyətinə cəlb edib.
21 yaşlı oyunçu Turin klubunda 2024/25 mövsümünün sonuna kimi icarə əsasında oynayacaq.
Onun “Çelsi” ilə müqaviləsi 2031-ci ilə qədərdir.
