“Çelsi”dən yeni transfer
07.01.2023 , 13:57

“Vasko da Qama” klubunun futbolçusu Andrey Santos karyerasını İngiltərədə davam etdirəcək.
Korner.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi “Çelsi”yə keçib. Bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb. 18 yaşlı futbolçunun keçidinin detalları açıqlanmayıb.
Andrey “Vasko da Qama”da 38 matçda 8 qol vurub.
Yarımmüdafiəçini “Mançester Siti” və “Nyukasl” da istəsə də, onun seçimi “Çelsi”dən yana olub.
