“Çelsi”dən yeni transfer
01.07.2025 , 13:30

“Çelsi” heyətini yeni oyunçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, London klubu “Brayton”un hücumçusu Joao Pedro ilə razılığa gəlib.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Onun xəbərinə görə, 23 yaşlı braziliyalı futbolçu ilə 2032-ci ilin iyununa qədər müqavilə imzalanacaq.
