“Çelsi”dən Türkiyə klubuna?
03.01.2025 , 15:10
“Çelsi”nin müdafiəçisi Aksel Disasi Türkiyə Super Liqasında çıxış edə bilər.
Korner.az xəbər verir ki, “Fənərbağça” fransalı futbolçunu transfer etmək istəyir.
Disasi İstanbul klubunun transfer siyahısının ilk sırasında yer alır.
Komandanın baş məşqçisi Joze Mourinyo rəhbərlikdən 26 yaşlı mərkəz müdafiəçisinin yanvar ayında transfer edilməsini istəyib.