“Çelsi”dən Super Liqaya?
06.01.2025 , 12:57
“Fənərbağça” ara transfer dönəmində heyətini gücləndirmək fikrindədir.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi komandadakı boşluğu baş məşqçi Joze Mourinyonun da istədiyi Joao Felikslə doldurmaq istəyir.
“Çelsi”də oynamaq şansı çox olmayan futbolçu mövsümün sonuna qədər “Fənərbağça”da icarə əsasında çıxış etmək istəyir.
Yayılan xəbərlərə görə, Feliksin qərarında həmyerlisi Mourinyonun da təsiri olduğu bildirilir.
Bu mövsüm “Çelsi”nin heyətində 17 matça çıxan 25 yaşlı hücumçu 5 qol vurub, 2 məhsuldar ötürmə edib.