“Çelsi”dən rekord
13.02.2024 , 23:00

“Çelsi” İngiltərə Premyer Liqasının XXIV turunda “Kristal Pelas”ı məğlub edib – 3:1.
Korner.az xəbər verir ki, oyun “zadəganlar” üçün əlamətdar olub.
Belə ki, “Çelsi” ardıcıl 13-cü oyunda bu rəqiblə matçda qələbə qazanıb.
Bu, klub tarixində bir komandaya qarşı ən uzunmüddətli qələbə seriyasıdır.
“Çelsi” Premyer Liqada 24 turda sonra 34 xalla 10-cu sıradadır.
