“Çelsi”dən “Napoli”yə
07.10.2020 , 15:25

“Napoli” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, A Seriyası təmsilçisi “Çelsi”nin yarımmüdafiəçisi Tyemua Bakayokonu icarəyə götürüb.
26 yaşlı futbolçu mövsümün sonuna qədər Neapol İtaliya klubunun uğurları üçün çalışacaq.
Qeyd edək ki, Bakayoko 2017-ci ildən “Çelsi”də çıxış edir.
