“Çelsi”dən “Mançester Yunayted”ə?
12.01.2026 , 12:45
“Mançester Yunayted” “Çelsi”nin oyunçusu Koul Palmeri transfer etməyə qərar verib.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 31 yaşlı yarımmüdafiəçi Bruno Fernandesin gələcəyi hələ də qeyri-müəyyən olduğundan, onu Palmer ilə əvəz etməyi planlaşdırır.
Xəbərdə bildirilir ki, “Çelsi” də ingiltərəli futbolçunun satışına razılıq verib.
Bu mövsüm Palmer bütün yarışlarda 12 dəfə meydana çıxıb və 4 qol vurub. Onun London klubu ilə müqaviləsi 2033-cü ilin yayına qədər qüvvədədir.