“Çelsi”dən “Kasımpaşa”ya
18.01.2021 , 17:23

“Kasımpaşa” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisi “Çelsi”dən Denni Drinkuoteri heyətinə cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında “Kasımpaşa”da çıxış edəcək.
