“Çelsi” uzun müddətdi heyətinə qatmağa çalışdığı “Bayer”li ( Leverkuzen) Andre Şürlenin transferini bitirib.
Korner.az-ın məlumatına görə, London klubunun rəsmi saytı 22 yaşlı futbolçunun tibbi müayinədən keçdikdəın sonra rəsmi müqavilə imzalayacağını qeyd edib. Hücumameyilli yarımmüdafiəçi üçün “zadəganlar”ın nə qədər pul ödəməsi isə açıqlanmır.
Qeyd edək ki, Andre Şürle “Bayer” (Leverkuzen) forması ilə 46 rəsmi oyuna çıxıb, 15 qol vuraraq, 10 məhsuldar ötürmə etməyi bacarıb.
