“Çelsi”dən gedir
24.06.2023 , 19:30

“Çelsi”nin futbolçusu Sezar Aspilikueta klubu tərk edəcək.
Korner.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
33 yaşlı müdafiəçi “İnter”lə razılaşıb və yaxın günlərdə müqavilə imzalayacaq.
2012-ci ilin yayından “zadəganlar”da çıxış edən Aspilikueta komandanın kapitanıdır. Onun sözləşməsi 2024-cü ilin iyununa qədərdir.
