“Çelsi”dən gedəcək – Özü açıqladı
29.04.2024 , 17:57
“Çelsi”nin müdafiəçisi Tiaqo Silva karyerası ilə bağlı qərar verib.
Korner.az xəbər verir ki, futbolçu cari mövsümün sonunda klubdan ayrılacaq.
Bu barədə 39 yaşlı oyunçu açıqlamasında bildirib.
Silva 2020-ci ildə azad agent kimi “Çelsi”yə keçmişdi.