“Çelsi”dən FİFA-ya etiraz
22.02.2019 , 21:21

“Çelsi” FIFA-nın kluba transfer qadağası ilə bağlı qərarına apellyasiya şikayəti verəcək.
Bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb. FİFA-nın İntizam Komitəsinin qərarına etiraz ediləcəyi bildirilib.
Qeyd edək ki, FIFA-nın qərarına əsasən “Çelsi” qarşıdakı yay və qış transfer dönəmində heyətinə yeni futbolçu cəlb edə bilməyəcək.
