“Çelsi”dən “Fənərbağça”ya?
22.04.2025 , 15:58

“Fənərbağça” yeni mövsüm üçün müdafiə xəttini gücləndirmək istəyir,
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi “Çelsi”nin futbolçusu Vesli Fofana ilə yaxından maraqlanır.
Türkiyə klubu Fofana üçün yayda təklif göndərməyi planlaşdırır.
Bu mövsüm “Çelsi”də 14 matçda meydana çıxan 24 yaşlı futbolçunun Premyer Liqa təmsilçisi ilə 2029-cu ilə qədər müqaviləsi mövcuddur.
Fofana 2022-ci ildə 80 milyon avroya “Lester”dən “Çelsi”yə transfer olunub.
