“Çelsi” daha bir transferini həyata keçirib.
Korner.az-ın məlumatına görə, London klubu “Redinq”in futbolçusu Mişel Hektoru heyətinə cəlb edib.
23 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Bu transfer üçün “Çelsi” 5 milyon 600 min avro ödəyib. Ancaq M.Hektor bu mövsüm icarə əsasında “Redinq”də çıxış edəcək.
