“Çelsi”dən “Braqa”ya
17.01.2021 , 11:39

“Çelsi”nin futbolçusu Lukas Piazon karyerasını Portuqaliyada davam etdirəcək.
Korner.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi “Braqa”ya transfer olub. Braziliyalı oyunçu ilə 4,5 illik müqavilə imzalanıb.
Piazon 2012-ci ildə “San-Paulu”dan “Çelsi”yə transfer olub və London təmsilçisində 1 oyun keçirib. O, icarə əsasında “Malaqa”, “Vitess”, “Ayntraxt”, “Ridinq”, “Fulhem”, “Kyevo” və “Riu Ave” klublarında oynayıb.
