“Çelsi”dən “Barselona”ya?
08.05.2025 , 13:50

“Çelsi”nin kapitanı Riss Ceyms İspaniya klubunun transfer hədəfinə düşüb.
Korner.az xəbər verir ki, “Barselona” sağ cinah müdafiəçisini heyətinə qatmaq istəyir.
London klubu 24 yaşlı futbolçu üçün La Liqa təmsilçisindən 25 milyon funt sterlinq tələb edir.
İspaniya nəhəngi yayda “Çelsi”dən ayrılmağa hazırlaşan oyunçu üçün rəsmi təklif göndərəcək.
