“Çelsi”dən “Barsa”ya Morata təklifi
12.12.2018 , 21:50

“Çelsi”nin futbolçusu Alvaro Morata İspaniyaya qayıda bilər.
26 yaşlı hücumçunun agentləri onu “Barselona”ya təklif ediblər. Tərəflər arasında danışıqların ilkin mərhələsinin artıq Londonda olduğu bildirilib. Moratanın “Çelsi”dən ayrılmağa hazır olduğu vurğulanıb.
Morata 2017-ci ildə “Real”dan İngiltərə təmsilçisinə transfer olunub.
