“Çelsi”dən ayrılır, bu kluba keçir
24.04.2025 , 10:30

“Çelsi”nin futbolçusu Kristofer Nkunku klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, fransalı oyunçu ilə “Mançester Yunayted” yaxından maraqlanır.
London klubu hücumçu üçün 40 milyon avro tələb edir.
27 yaşlı forvard bu mövsüm İngiltərə nəhənginin heyətində 42 matça çıxıb, 14 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
