“Çelsi”dən ayrılır?
05.01.2025 , 13:14
“Çelsi”nin futbolçusu Çezare Kazadei ölkəsinə qayıda bilər.
Korner.az xəbər verir ki, “Torino” italyan yarımmüdafiəçini transfer etmək istəyir.
“Torino” Kazadei üçün “Çelsi”yə 12 milyon avro təklif edib. İngiltərə klubu isə 21 yaşlı orta xətt oyunçusu üçün 20 milyon avro tələb edir.