“Çelsi”dən ayrılıb, bu kluba keçəcək
18.07.2023 , 12:37

“Çelsi”nin futbolçusu Pyer Emerik Obameyanq karyerasını “Marsel”də davam etdirə bilər.
Korner.az xəbər verir ki, o, “Marsel”ə keçməyə yaxındır.
Bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb. Keçid baş tutarsa, 35 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanacağı gözlənilir.
