“Çelsi”dən ayrıla bilər
25.04.2025 , 21:30

“Çelsi”nin futbolçusu Koul Palmer komandasını dəyişə bilər.
Korner.az xəbər verir ki, onun xidmətində “Mançester Siti” və “Liverpul” klubları maraqlıdır.
Hər iki Premyer Liqa təmsilçisi 22 yaşlı oyunçu üçün təklif göndərməyi planlaşdırır.
Bu mövsüm London klubunun heyətində 39 oyun keçirən Palmer 14 qol vurub, 9 məhsuldar ötürməyə imza atıb.
