“Çelsi”dən “Atletiko”ya
21.08.2024 , 13:58

“Çelsi”nin yarımmüdafiəçisi Konor Qallagerin yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, futbolçu bundan sonra “Atletiko”da çıxış edəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı futbolçu Madrid təmsilçisi ilə 5 illik müqavilə imzalayacaq.
Bu transfer “Atletiko”ya 42 milyon avroya başa gəlib.
