“Atletiko”nun (Madrid) yarımmüdafiəçisi Kokeyə təkliflər gəlməkdə davam edir.
Korner.az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, ispaniyalı futbolçu “Çelsi”nin maraq dairəsinə düşüb.
London təmsilçisi Kokenin transferi üçün “Atletiko”ya 61 milyon avro təklif etməyə hazırdır. Lakin “Mançester Siti”nin də maraqlandığı təcrübəli futbolçunun “Atletiko”dan ayrılmaq istəmədiyi bildirilir.
