“Çelsi”dən “Atletiko”nun futbolçusuna 40 milyon avroluq təklif
27.06.2024 , 15:28

“Çelsi”nin yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, London klubu “Atletiko Madrid”in oyunçusu Samu Omorodionu heyətinə cəlb etmək istəyir.
Bu barədə “Marca” nəşri məlumat yayıb.
“Çelsi” “Vest Hem Yunayted”in də maraqlandığı 20 yaşlı gənc hücumçu üçün 40 milyon avro ödəyəcək.
İspaniya təmsilçisi isə hələlik qərarını verməyib.
2023-2024-cü il mövsümünü icarə əsasında “Alaves”də keçirən Samu Omorodion 35 matçda 8 qol vurub, 1 məhsuldar ötürmə edib.
Mina Musayeva
