“Çelsi”dən “Atalanta”ya
25.08.2021 , 18:58

“Çelsi” futbolçusu Davide Zappakosta ilə yollarını ayrırıb.
Korner.az xəbər verir ki, 29 yaşlı müdafiəçi İtaliyanın “Atalanta” klubuna keçib. Bu barədə A seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
İtaliyalı futbolçu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.
