“Çelsi”dən “Aston Villa”ya
30.09.2020 , 20:36

“Çelsi” futbolçusu Ross Barklini icarəyə göndərib.
Korner.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi “Aston Villa”ya keçib.
Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. Barkli 2020/21 mövsümünü icarə əsasında “Aston Villa”da keçirəcək.
