“Çelsi”də yeni qapıçı transfer edir
22.08.2023 , 22:04

ABŞ-nin “Nyu-İnqlend Revolyuşon” klubunun futbolçusu Corce Petroviç karyerasını “Çelsi”də davam etdirəcək.
Korner.az xəbər verir ki, “zadəganlar” serbiyalı qapıçının transferi üçün 16 milyon avro qarşılığında razılıq əldə edib.
Bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb. 23 yaşlı qolkiperin sabah tibbi müayinədən keçəcəyi bildirilir.
