“Çelsi”də yeni müqavilə
13.06.2022 , 20:59

“Çelsi”də yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, “zadəganlar” futbolçusu Billi Gilmorun müqaviləsini yeniləyib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmənin müddəti 2024-cü ilin yayına qədər artırılıb.
