“Çelsi”də yeni müqavilə
28.03.2023 , 13:45

“Çelsi”də yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, qapıçısı Markus Bettinelli ilə yeni müqavilə imzalayıb.
30 yaşlı qolkiperlə müqavilənin müddəti 2026-cı ilin iyununa qədər uzadılıb. Bu barədə klubun saytı məlumat yayıb.
Markus Bettinelli 2021-ci ildən London təmsilçisində oynayır.
