“Çelsi”də yeni hücumçu
13.01.2020 , 15:55

“Çelsi” klubu heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, London təmsilçisi “Tromse” klubundan Brayan Fiabemanı transfer edib.
Gənc hücumçuyla 3,5 illik müqavilə imzalanıb. Fiabema “Çelsi”nin U-17 komandasında çıxış edəcək.
