“Çelsi”də mövsümün ən yaxşısı
18.05.2021 , 21:47

“Çelsi”də 2020/21 mövsümünün ən yaxşı futbolçusunun adı məlum olub.
Korner.az xəbər verir ki, klubun saytında azarkeşlər arasında keçirilən səsəvermənin yekun nəticəsinə əsasən, Meyson Maunt 1-ci olub.
22 yaşlı yarımmüdafiəçi bu mövsüm Premyer Liqada 34 matçda 6 qol vurub və 6 qolun ötürməsini verib.
