“Çelsi”də mövsümün ən yaxşısı
22.05.2024 , 16:27

“Çelsi”də 2023/2024 mövsümünün ən yaxşı futbolçusu məlum olub.
Korner.az xəbər verir ki, bu, Koul Palmerdir.
Oyunçu azarkeşlər arasında keçirilən səsvermədə ən yaxşı olub.
Bu barədə İngiltərə Peşəkar Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
İngiltərə çempionatının başa çatan mövsümündə 22 yaşlı futbolçu 34 matçda iştirak edib, 22 qol vurub, 11 qolun ötürməsini edib.
