“Çelsi”də Mareska dönəmi bitə bilər: yanvarda dəyişiklik gözlənilir
16.12.2025 , 17:15
“Çelsi”də baş məşqçi Enzo Mareskanın gələcəyi sual altındadır.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis klubdan ayrılmaq ehtimalına qarşı deyil.
Məlumatda bildirilir ki, Mareska ilə rəhbərlik arasında münasibətlər xeyli gərginləşib. Buna səbəb tərəflərin transfer məsələlərində ortaq mövqeyə gələ bilməməsidir. Baş məşqçi “Mançester Yunayted”in gənc futbolçusu Kobbi Mainunun heyətə cəlb olunmasını istəsə də, klub bu təklifi qəbul etməyib.
Bildirilir ki, London təmsilçisi artıq mümkün əvəzləyici üzərində düşünür və dəyişiklik yanvar ayında reallaşa bilər.
Hazırda “Çelsi” Premyer Liqada 16 turdan sonra 28 xal toplayaraq 4-cü pillədə qərarlaşıb. Komanda UEFA Çempionlar Liqasının qrup mərhələsində Bakıda “Qarabağ”la 2:2 hesablı bərabərlik əldə edib.