“Çelsi”də gənc müdafiəçi
14.03.2025 , 16:30

“Çelsi” yeni transferini reallaşdırmaq üzrədir.
Korner.az xəbər verir ki, London nəhəngi Lissabon “Sportinq”indən Covanni Kenda ilə razılığa gəlib.
Bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə, portuqaliyalı futbolçunun artıq tibbi müayinədən keçdiyi bildirilir.
17 yaşlı gənc müdafiəçinin transfer dəyəri 30 milyon avro olaraq qiymətləndirilir.
