“Çelsi”də gənc müdafiəçi – Rəsmi
26.01.2026 , 21:39
“Çelsi” heyətini gənc müdafiəçi ilə gücləndirib.
Korner.az xəbər verir ki, London klubu “Şeffild Uensdey”in futbolçusu Yisa Alaonu transfer edib.
İngiltərəli futbolçu ilə 2028-ci ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalanıb. “Mavilər” 17 yaşlı sol cinah müdafiəçisi üçün qarşı tərəfə 575 min avro təzminat ödəyib.