“Çelsi”də Feliks qərarsızlığı
05.05.2023 , 17:56

“Atletiko”dan Çelsi”yə icarə əsasında keçən Joao Feliksin gələcəyi qeyri-müəyyən olaraq qalır.
Korner.az xəbər verir ki, London nəhəngi portuqaliyalı oyunçunu yenidən icarəyə götürməyə çalışacaq.
23 yaşlı futbolçunun Premyer Liqadakı gələcəyi də “Çelsi”nin yeni çalışdırıcısından asılı olacaq.
Feliksin “Atletiko Madrid”lə müqaviləsi 2026-cı ilə qədərdir. “Çelsi” ilə 16 oyun keçirən portuqaliyalı 2 qol vurmaqla uğur nümayiş etdirib.
