“Çelsi” klubunun forvardı Dieqo Kosta zədə alıb.
Korner.az-ın məlumatına görə, ispan hücumçu dizaltı bağlarından xəsarət alıb. Klubun həkim heyəti futbolçunun 3 həftə oynamayacağı qeyd edib.
Maraq üçün bildirək ki, Kosta bu mövsüm 7 oyuna 9 qol vurmaqla komandasının ən məhsuldar futbolçusudu.
