“Çelsi”də ciddi itki
21.02.2020 , 16:43

“Çelsi” klubu ciddi itkiylə üzləşib.
Korner.az xəbər verir ki, “zadəganlar”ın futbolçusu Nqolo Kante sıradan çıxıb. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Premyer Liqanın 26-cı turunun “Mançester Yunayted”lə görüşündə (0:2) zədələnən Kante, 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
