“Çelsi”də ciddi itki
28.11.2018 , 20:24

“Çelsi”nin futbolçusu Eden Hazard Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda PAOK-la oyunu buraxacaq.
Buna səbəb onun zədəli olmasıdır. Belçikalı yarımmüdafiəçinin İngiltərə Premyer Liqasınən14-cü turunda “Fulhem”lə görüşə kimi hazır olacağı gözlənilir.
Qeyd edək ki, “Çelsi” – PAOK matçı sabah keçiriləcək.
