“Çelsi”də ayrılıq
27.07.2020 , 12:24

“Çelsi”də ayrılıq baş verib.
London klubu ilə müqaviləsi başa çatan Pedro Rodriqes komanadadan ayrılıb. 32 yaşlı vinger Premyer Liqanın 38-ci turunda “Vulverhempton”la matçdan sonra sosial şəbəkə hesabında vida sözləri paylaşıb.
“Barselona”nın yetirməsi 2015-ci ildə katalonlardan “Çelsi”yə keçmişdi. İspaniyalı futbolçu İtaliyanın “Roma” klubu ilə anlaşıb.
